Kürdəmirdə bir ton yarım mandarin yüklənmiş avtomobil yanıb - FOTO
Kürdəmir rayonu ərazisində bir ton yarım mandarin yüklənmiş avtomobil hərəkətdə olarkən anidən yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü, 34 yaşlı Qazax rayon sakini Davudov Elvin Adil oğlu içərisi bir ton yarım mandarinlə dolu “Ford Transit” markalı yük avtomobili ilə həmin yolda hərəkətdə olarkən nəqliyyat vasitəsində anidən yanğın başlayıb.
Sürücü əvvəlcə yanğını özü söndürməyə cəhd etsə də buna nail ola bilməyib.
Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub və yanğın söndürülüb.
Hadisəyə səbəb isə avtomobilin elektrik naqillərindəki qısaqapanma göstərilir. Hazırda fakt araşdırılır.
Report
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ















