Kürdəmirdə gecəyarı əməliyyatı: Tövlədən marixuana tapıldı

Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb.
Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 41 yaşlı Qarasu kənd sakini Teyubov Nahid Ağacan oğlu kənd ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı çəkisi - 0,31 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Həmin gecə saat 3 radələrində onun yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə keçirilən baxış zamanı, tövlənin içərisindən ayrı-ayrı qablaşdırmalarda ümumi çəkisi - 360,32 qram olan marixuana aşkar edilərək müsadirə olunub.
Faktla bağlı cinayət işi başlanıb və Nahid Teyubov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Kürdəmir rayon polis şöbəsinin İstintaq bölməsində ibtidai istintaq aparılır. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












