Lənkəranda 2 mərtəbəli ev yandı

Lənkəran şəhərinin Xarxatan kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
FHN-dən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Lənkəranda 2 mərtəbəli ev yanıb.
Yanğın hadisəsi rayonun Xarxatan kəndində Malik Məhərrəm oğlu Dadaşova məxsus evdə baş verib. Dərhal hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatəsi geniş olduğu üçün əlavə texnika və canlı qüvvə köməyə gəlib.
Hazırda yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısın alınması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, ümumi sahəsi 180 kv olan iki mərtəbəli ev əşyaları ilə birlikdə tam yanıb. Ev sahibi Bakı şəhərində yaşadığı üçün, evdə heç kim olmayıb. Yanğının nədən baş verdiyi araşdırılır.
Hazırda yanğın davam edir. (apa)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












