Lənkəranda mağazada partlayış: Xəsarət alan var - YENİLƏNİB

Lənkəran rayonunun Şovu kəndində partlayış baş verən marketin xəsarət alan sahibi Mahir Cəbrayılovun vəziyyəti ağırdır.
Avtosfer.az-ın məlumatına görə, partlayış nəticəsində sahibkar iki qolu, sifəti və baş nahiyəsindən ağır yanıq xəsarətləri alıb.
Lənkəran şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M.Cəbrayılova tibbi yardım göstərilsə də, xəsarətlərin ağırlığı nəzərə alınaraq onun Bakıya köçürülməsi qərara alınıb. M.Cəbrayılov təcili tibbi yardım briqadası ilə Bakı Yanıq Mərkəzinə köçürülüb.
***14:09
Lənkəranda partlayışda bir nəfər xəsarət alıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib. İş yerinə gələn kənd sakini, mağazanı işlədən Mahir Cəbrayılov qapını açıb içəri daxil olub və elektrik avadanlıqlarını işə salıb. Bu zaman mağazada partlayış baş verib. Partlayış o qədər güclü olub ki, mağazanın qapılarını yerindən çıxarıb, tavanı dağıdıb, şüşələri qırıb.
Partlayış zamanı mağazada olan M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Partlayışa soyuduculardan birinin qaz balonunun sıradan çıxmasının səbəb olduğu bildirilir. Kənd sakinləri deyir ki, mağazanın qarşısından qaz kəməri keçir, ola bilər ki, kəmərdə sızma olsun.
Fakt üzrə araşdırma davam etdirilir.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












