Lənkəranda yük maşınında yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Girdəni kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “DAF” markalı yük avtomobilinin arxa təkəri yanır və yanğının genişlənərək avtomobilin digər hissələrinə keçmək riski yüksəkdir.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin bir ədəd arxa təkəri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
***
Lənkəranda yük maşınında yanğın olub.
Avtosfer.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 164-cü km-də baş verib.
İran İslam Respublikasının İsfahan şəhər sakini, 38 yaşlı Adidin Höccətullanın idarə etdiyi DAF markalı maşınla Gürcüstan istiqamətində hərəkətdə olarkən maşının arxa təkərindən yanğın başlayıb. Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.
Yük maşınının 25 ton mühərrik yağını Tiflisə apardığı bildirilir.
apa
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












