Lombardı soyub yandırdılar - Yaşayış binasında təhlükə yarandı - FOTO

Bərdədə lombard soyulub.
Avtosfer.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki yaşayış binasının birinci mərtəbəsində yerləşən ofisdə baş verib. Naməlum şəxslər lombarda girərək 6800 manat pul götürüblər. Daha sonra isə ofisi yandıraraq çıxıblar. Hadisə zamanı yanğının yaşayış binasına keçmə təhlükəsi yaransa da, qarşısını almaq mümkün olub.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, Bərdə şəhər ərazisindəki beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən lombard mağazasında yanğın hadisəsinin baş verməsi ilə əlaqədar binada yaşayan sakinlər polis əməkdaşları tərəfindən təxliyə edilib, yanğının qarşısı alınıb:
“Həmin obyektin direktoru V.Ağayev yanğından sonra oradan pulunun oğurlanması barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

“Qafqazinfo”
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO
Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama - FOTO - YENİLƏNİB
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır











