Lüks otellərdə pulsuz krallar kimi yaşayan hakerin macərası - 20 yaşlı gənc polis əməliyyatı ilə tutuldu

İspaniyada ağılasığmaz bir kiberdələduzluq üsulu ilə lüks otellərdə demək olar ki, pulsuz qalan 20 yaşlı gənc polis əməliyyatı ilə tutulub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir k, ödəniş sistemindəki boşluqdan istifadə edərək minlərlə avroluq otaq haqqını cəmi 1 sentə gətirən şəxs, Madriddə qaldığı son oteldə yaxalanıb və həbs edilib.
İspaniya Milli Polisi açıqlayıb ki, gənc haker onlayn rezervasiya saytlarının ödəniş doğrulama mexanizmini manipulyasiya edən xüsusi proqram təminatı hazırlayıb. Bu üsulla əməliyyatlar sistemdə "tam ödəniş edilib” kimi göstərilsə də, əslində bank hesablarından yalnız 1 sent götürülüb. Rəsmi şəxslər bildirir ki, bu üsul ölkədə ilk dəfə aşkarlanıb və olduqca mürəkkəb struktura malikdir.
Fırıldaq, rezervasiya saytındakı əməliyyat uyğunsuzluqlarını fərq edən əməkdaşların polisə məlumat verməsi ilə üzə çıxıb. Araşdırmada məlum olub ki, normalda gecəliyi 1.000 avro olan otaqların ödənişi, otel qeydiyyatına bir neçə gün sonra düşəndə, əsl məbləğin komik səviyyədə olduğu aşkarlanıb.
Tutulan şəxs yalnız otaq ödənişlərində deyil, otel daxilindəki əlavə xərclərdə də oxşar yanaşma nümayiş etdirib. Polis məlumatına görə, gənc qaldığı müddətdə mini bardakı içkiləri də sərbəst istifadə edib, ödəniş etmədən oteldən çıxıb. Yalnız bir otel şəbəkəsinə verdiyi zərərin 20 min avronu ötdüyü bildirilib.
Madriddə dörd gecəlik, ümumi dəyəri 4 min avro olan rezervasiya zamanı həbs edilən gənc haker indi lüks otel otaqları əvəzinə həbsxana hücrəsi ilə üz-üzədir. Kibercinayətlər üzrə mübarizə qrupu isə bu üsulun digər platformalarda istifadə edilib-edilmədiyini müəyyən etmək üçün geniş araşdırma aparır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












