Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar

Neftçala rayonunda mağazadan siqaret və araq oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Neftçala Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə mühakimə olunan müttəhimlər Namiq Həsənov (şərti) və Nihat Aminov (şərti) müvafiq olaraq 1 il 3 ay və 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onlar oğurluğu Neftçala rayonunda və Mayak qəsəbəsində törədib. Mağazalardan əsasən siqaret, araq və kolbasa oğurlayıblar. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hər iki şəxs saxlanılıb. Məhkəmə zamanı müttəhimlər verilmiş ittihamlar özlərini təqsirli biliblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












