Masallıda ər arvadını öldürdü, sonra intihar etmək istədi - YENİLƏNİB

Mayın 7-si saat 08 radələrində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Masallı rayon prokurorluğundan Avtosfer.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
***
Masallı rayon Təzə Alvadı kənd sakini Sədaqət Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, aralarında yaranmış mübahisə nəticəsində qətlin onun həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












