Maşının baqajında sərnişin aparan sürücü cərimələndi - VİDEO

Sabirabadda sürücü baqajda sərnişin aparıb.
Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. Görüntülərdə VAZ-2106 markalı 24-BC-098 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini oturacaqlardan kənar, avtomobilin saxlanc yerində (baqaj) bir neçə nəfərin əyləşdiyi halda idarə etdiyi görünür.
Nəqliyyat vasitəsinin bu formada idarə edilməsi digər hərəkət iştirakçılarının, eləcə də sərnişinlərin həyatı üçün risklidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov açıqlamasında bildirib ki, paylaşılan görüntülərlə bağlı dərhal müvafiq araşdırmalar aparılıb və qeyd edilən qayda pozuntusunun Sabirabad rayonunun Əlicanlı kəndi ərazisində törədilməsi müəyyən edilib:
“Nəqliyyat vasitəsinin sürücüsü Elçin Quliyev Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və ona yol verdiyi qayda pozuntusu barədə deyilib. Onun barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq tədbir görülüb”. (Oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












