Maskalı şəxslər mağazaya basqın edərək, 60 min manatlıq qızıl aparıb - FOTO - VİDEO

Göyçay rayonunda naməlum şəxslər qızıl mağazasına daxil olaraq soyğunçuluq ediblər.
Avtosfer.az xəbər verir ki, bu gün saat 17:30 radələrində Göyçay şəhərinin mərkəzindəki M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibkar Cəbrayıl Abakarova məxsus "Yaqut" adlı qızıl və gümüş əşyaların satışı mağazasına daxil olan iki nəfər maskalı şəxs oradan təxminən dəyəri 60 min manat olan qızıl-zinyət əşyalarını oğurlayaraq qaçıb. Məlumata görə oğrular qızıl mağazasının sahibi və satıcısı olan Cəbrayıl Abakarovu izləyiblər, onun qonşu mağazaya keçməsindən istifadə edərək dərhal içəri daxil olublar. Satıcı 5 dəqiqə sonra geri qayıdarkən üzlərinə maska keçirmiş iki nəfər naməlum şəxslə qarşılaşıb, onlar əlindəki tapança ilə Cəbrayıl Abakarovu qorxudaraq mağazadan çıxıblar. Onların küçədə hərəsinin bir istiqamətə qaçdığı deyilir. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib, hazırda həmin naməlum şəxslərin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov faktı təsdiqləyib, hazırda istintaq tədbirlərinin davam etdirildiyini, hadisə ilə bağlı mətbuata əlavə məlumat veriləcəyini bildirib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ













