Məhbus həbsxanada öldü: Nəvəsinin gözü qarşısında gəlininin boğazını KƏSMİŞDİ

Azərbaycanda daha bir məhbus həbsxanada ölüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 84 yaşlı Nəcərov Amaxan Əlayəddin oğlu dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir. Qeyd edək ki, 84 yaşlı Qusar rayon sakini A. Nəcərov 2015-ci ildə gəlini 1977-ci il təvəllüdlü Sevinc Məmmədovanı oğlu və azyaşlı nəvəsinin gözləri önündə əvvəlcə ov tüfəngi ilə vurub. Sonra onun ölmədiyini görüb və nəvəsinin yalvarışlarına baxmayaraq, gəlinin boğazını kəsib. A. Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il 6 aylıq azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsini qərarı ilə isə onun cəzası 1 il azaldılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












