Məktəb direktoru büdcədən 26 min mənimsəyibmiş

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov mənimsəmədə təqsirləndirilir. “Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, A.Əsgərovun qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.
Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












