Məktəbdə rüşvət QALMAQALI : “Nəvəmi məktəbdən qovurlar” - AÇIQLAMA

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbdən şikayət var.
Nəvəsi sözügedən məktəbdə təhsil alan Əli Əzizli iddia edib ki, məktəbin direktoru Fərəh Hüseynova şagirdlərdən pul tələb edir: “Rüşvət vermədiyim üçün nəvəmi məktəbdən qovurlar”. Paytaxtdakı 141 nömrəli tam orta məktəbdən bildirilib ki, 29.05.2022-ci il tarixində (bazar günü) məktəbin 3a sinfinin valideynləri uşaqlarla birgə şəhid Tağıyev Nurağa Davud oğlunun ailəsini ziyarət etmək üçün Xaçmaz rayonuna getməyi planlaşdırıblar: “Bununla əlaqədar həmin sinfin iki valideyni arasında fikir ayrılığı və mübahisə yaranıb. Valideynlərdən birinin atası 17.05.2022-ci il tarixdə videoçəkilişlə məktəbə gəlib və əsassız səs-küy salıb, məktəbin işçiləri ilə münaqişə yaratmağa cəhd edib, tədris prosesinin gedişinə mane olmağa çalışıb. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət olunub. Onu da bildiririk ki, valideynlərin təşəbbüsü ilə nəzərdə tutulan məktəbdənkənar tədbirlərə məktəbdən müdaxilə olunmur. Həmin sinifdə və ümumiyyətlə, məktəbdə heç bir vəsait toplanması olmayıb. Həmin şəxslə (valideynin atası ilə) müvafiq söhbət aparılıb, məsələnin yalnız 2 valideyn arasında yaranmış mübahisə olduğu dəqiqləşdirilib, valideynlərə müvafiq tövsiyələr verilib”.(Oxu.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












