Məktəbdən qovulan şagird direktora BIÇAQ ÇƏKDİ

Fransada məktəb direktorunu bıçaqla hədələyən yeniyetmə həbs edilib.
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, hadisə martın 15-də Burqundiya bölgəsindəki Çenove kommunasında yerləşən Edouard Herriot orta məktəbində baş verib. Məktəbə getməyə qadağa qoyulmasına baxmayaraq, 15 yaşlı şagird sinifə daxil olub və ingilis dili dərsindən xaric edilib. Bir neçə gün əvvəl müəllim artıq yeniyetməyə belə bir tədbir tətbiq edib. Bu dəfə müəllim oğlandan xahiş etdi ki, gedib direktorla danışsın. O, sinifdən çıxıb və direktorla söhbət zamanı qadına hədə-qorxu məktubu təqdim edərək, bıçaq göstərib. Zərərçəkən qaça bilib və həyəcan siqnalını işə salıb.
Polis gələndə yeniyetmənin əlində bıçaq aşkar edib. İna silahını atmaq əmr edilib və polislərdən biri elektrik impuls tapançasını çıxarıb. Bir neçə dəqiqə ərzində şagird bıçağı yerə atıb və həbs edilib.
Polis araşdırmalara başlayıb və yeniyetmənin motivlərini müəyyən etməyə çalışır. Məlum olub ki, tələbə Edouard Herriot məktəbinə daxil olmazdan əvvəl başqa təhsil müəssisəsindən qovulub. Bəzi məlumatlara görə, onun direktora təqdim etdiyi məktubda 2015-ci ildə Fransa paytaxtında baş verən silsilə terror aktlarından bəhs edilir. Daha sonra İŞİD tərəfdarı olan şagird müəllimə bıçaqla hücum edib və o, boğaz nahiyəsindən yaralanıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












