“Mercedes”dən 25 ton oğurluq dəmir çıxdı - FOTO

Xocavənd rayonuna qanunsuz daxil olanlar saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çıraquz kəndində xidmətdə olan zaman Şamil Nurməmmədov, Ədalət Qasımov və Elşad Bayramovun idarələrindəki “Mercedes” markalı yük avtomobilini nəzarət qaydasına uyğun saxlayıblar. Araşdırma zamanı həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmadığı müəyyən edilib. Həmçinin avtomobilin yük yerinə baxış keçirilən zaman bu ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 25 tona yaxın olan qara metal tullantıları aşkar edilib. Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ













