Məşhur iş adamı özünün 2.8 milyonluq qızılını oğurladı

Avstraliyada 65 yaşlı zərgər Mişel Elias Germani sığorta şirkətindən 2,8 milyon dollardan çox pul almaq üçün mağazasını silahlı qarət etməyi planlaşdırıb.
“Germani Jewellery”nin sahibi Mişel Elias Germani polisə müraciətində yanvar ayında Sidney Kraliça Viktoriya binasındakı mağazasında özünü müştəri kimi təqdim edən iki şəxsi onu və bir işçini təhdid etdiyini deyib. Onun sözlərinə görə, soyğunçulardan biri işçini bıçaqla hədələyib, digəri isə seyfi açmağı tələb edib. Soyğunçular Germani və onun əməkdaşının əl-ayağını kanatla bağlayıb, sonra isə bahalı zinət əşyaları ilə mağazadan qaçıblar.
Müraciətlə əlaqədar polis iki nəfəri, 37 yaşlı Çanel Tofaeono və 57 yaşlı Munir Helanı həbs edib. Lakin bu gün, yəni mayın 9-da polis iddia edilən quldurluğun yalan olduğunu öyrənib. Germani bir gün əvvəl həbs olunub. Polis oğurluğun onun tərəfindən törədildiyini bildirib.
Germani ağırlaşdırılmış soyğunçuluq və azadlıqdan məhrum etmə, aldatma üsulu ilə vicdansız yolla maddi gəlir əldə etməyə cəhd, pul əldə etmək üçün yalan və ya aldadıcı materiallar dərc etmək, cinayətkar qruplaşmada iştirak etmək və cinayət fəaliyyətinə şərait yaratmaqda ittiham olunurdu.
“Germani Jewellery” saytının məlumatına görə, Germani şahzadə Diana, Elizabet Teylor və Səudiyyə kral ailəsi üçün parçalar hazırlayıb. (lent.az)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












