Məşhur karqo şirkətinin sahibinə cərimə yazıldı - Xuliqanlıq maddəsi ilə

"Mover" MMC-nin təsisçisi Şəmistanlı Arif Hacı oğlu barəsində cərimə yazılıb.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.
A.Şəmistanlının barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bir müddət əvvəl məhkəməyə müraciət edərək A.Şəmistanlının kredit borcunu ödəmədiyi üçün ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.
Bununla yanaşı, onun təsisçisi olduğu şirkətin həm də vergi borcu yığılıb.
Daha əvvəl isə "Paşa Bank" kredit borcunu ödəmədiyi üçün onunla bağlı məhkəməyə müraciət edib. Ondan əvvəl isə "Bank Respublika" və "Ferrum Kapital" da kredit borcu ilə bağlı şirkəti məhkəməyə verib.
Xatırladaq ki, bir müddət əvvəl “Mover” MMC rəsmi olaraq olmasa da faktiki olaraq fəaliyyətini dayandırdığını açıqlayıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












