Mingəçevirdə yıxılan qadın qonşunun evinə icazəsiz necə girib? - TƏFƏRRÜATLAR

Mingəçevirdə qonşunun evinə icazəsiz keçən qadın oradan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Bəs maraqlıdır həmin qadın niyə qonşunun evinə gizlicə girməyə çalışıb?
Avtosfer.az xəbər verir ki, 27 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb. Sözügedən ünvanda kirayədə yaşayan qadın öz mənzilindən deyil, qonşu mənzilin pəncərəsindən yerə çırpılıb. Bina sakinlərinin sözlərinə görə, 27 yaşlı qadın həmin mənzildə kimsə olmadığı zaman daxil olub. Ev sahibləri 4-cü mərtəbəyə qalxan zaman isə qapının arxadan kilidləndiyinə şahidlik ediblər. Bir qədər sonra isə həmin mənzildən qadının yerə düşdüyü məlum olub. Hündürlükdən yerə düşərək ağır bədən xəsarətləri alan qadın Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir. Qonşunun mənzilinə icazəsiz daxil olub, daha sonra həmin evin pəncərəsindən yerə düşən qadının hansı məqsədlə ora girməsini polis əməkdaşları araşdırırlar. Qeyd edək ki, Rüfanə İbişova hadisə baş verən ünvanda 1 ilə yaxındır bir övladı ilə kirayədə yaşayır. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












