Model bloqerin başına stəkan çırpdı

Rusiyalı bloqer Karina Fadeyeva sosial mediada Bali adasındakı bir barda hücuma məruz qaldığını bildirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona hücum etməkdə qazaxıstanlı model Gülsezim Altaybekova şübhəli bilinir.
Karina Fadeyeva bildirib ki, ona ağır bir əşya atılıb. Zərbə nəticəsində huşunu itirib və xəstəxanaya yerləşdirilib. O, iddia edir ki, hadisə baş verən zaman o, dostları ilə birlikdə müəssisədə olub və heç bir münaqişəyə girməyib.
Hadisənin baş verdiyi Bali barının administrasiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, Fadeyevaya zərər verən qızın bar və ya onun komandası ilə heç bir əlaqəsi yoxdur. Administrasiyanın məlumatına görə, stəkanı əvvəlcə Karina Fadeyevanın dostu atıb, lakin bu fakt əvvəllər açıqlanmayıb. Vəkillər Kollegiyasının nümayəndələri həmçinin bildiriblər ki, zərərçəkən dərhal xəstəxanaya aparılıb və müşahidə kameralarının görüntüləri polisə təqdim edilib.
Sosial mediada geniş yayılan şayiələr isə göstərir ki, münaqişə musiqi və siyasi açıqlamalar səbəbindən başlayıb. Belə ki, iddialara görə, Fadeyeva guya Altaybekovaya Ukrayna musiqisi dinlədiyinə görə söz atıb. Qazaxıstanlı model isə buna cavab olaraq “Ukraynaya eşq olsun” şüarını səsləndirib. Lakin hadisələrin bu versiyasının rəsmi təsdiqi yoxdur.
Qeyd edək ki, Qazaxıstan Xarici İşlər Nazirliyi G. Altaybekovanın kömək üçün səfirliklə əlaqə saxladığını bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












