Moskva metrosunda sərnişin relslərin üzərinə düşdü - VİDEO

Rusiya paytaxtı Moskvanın “Belorusskaya” stansiyasında relslərin üzərinə düşən şəxs xilas edilib.
Relslərə yıxılan kişini polis və hadisəyə biganə qalmayan yoldan keçən şəxs xilas edib.
Müşahidə kamerası tərəfindən lentə alınan xilasetmə görüntüləri Rusiya Daxili İşlər Nazirliyi tərəfindən nümayiş etdirilib.
Nazirliyin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, 32 yaşlı Moskva sakini müvazinətini itirərək platformadan yıxılıb və xəsarət alıb. Onun köməyinə həmin gün xidmətdə olan polis baş serjantı Dmitri Kaçur və hadisənin şahidi olan 25 yaşlı gənc çatıblar.
Onlar platformaya tullanıb, qurbanı relslərin arasına qoyub və yaxınlaşan elektrik qatarının maşinistinə təcili siqnallar verməyə başlayıblar.
Zərərçəkmiş paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












