Moskvada gənc iş adamı oğurlandı - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində gənc iş adamı oğurlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, maskalı və kamuflyajlı naməlum şəxslər 30 yaşlı iş adamı Andrey Lifanovu qaçırıblar.
Lifanov "Bentley" markalı avtomobilində əyləşdiyi zaman qəflətən mikroavtobus yaxınlaşıb. Bir neçə kamuflyajlı şəxs maşından çıxıb, Lifanovun qollarını qandallayıb, başına torba keçirib və maşına mindiriblər. Bundan sonra onu naməlum istiqamətə aparıblar.
Lifanovun sözlərinə görə, maşında oğrular onu hədələyib və kripto pul kisəsinin şifrəsini verməsini tələb ediblər. Lifanovun hesabında isə 250 bitkoin olub.
İş adamı qorxuya düşərək şifrəni verib. Bundan sonra oğrular maşını saxlayıb və onu çölə atıblar. Lifanov başından torbanı çıxardıqda özünü meşədə görüb. Yoldan keçən avtomobilin sürücüsü ona Moskvanın Saburovo kəndi yaxınlığında olduğunu deyib.
Lifanov taksi tutaraq birbaşa polisə yollanıb və hadisə ilə bağlı ərizə yazıb.
Maraqlıdır ki, cinayətkarlar hələ də pula çəkə bilməyiblər. Belə ki, bitkoinlər hələ də Lifanovun hesabındadır.
Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












