Tanınmış prokuroru şantaj edən qadın HƏBS OLUNDU - FOTO

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstənin üzvü Sahilə Məmmədova barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Sahilə Məmmədova məhkəmə zalında həbs olunub.
Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb ittiham olunan şəxsin məhkəmə proseslərinə gecikməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariel Qurbanovu və Mirvasif Mahmudov adlı şəxsi şantaj etməkdə təqsirləndirilirlər.
Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan şəxslərdən yalnız Sahilə Məmmədova ev dustaqlığında olub. Digərləri barəsində əvvəldən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Xatırladaq ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










