Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. Polkovnik Mübariz Rzayev Vətən müharibəsində qazanılan təcrübə ilə keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb. Əsgər valideyni Qasım Bağırov övladının hərbi xidmət keçməyi ilə fəxr etdiyini bildirərək kursları uğurla başa vuran əsgərləri təbrik edib. Əsgərlər adından çıxış edən Nicat Məmmədov bildirib ki, Ordu sıralarına daxil olan ilk gündən nümunəvi xidmət etməyi qarşısına məqsəd qoymuş hər bir gənc üçün müzəffər Azərbaycan Ordusunda xidmət etmək müqəddəs bir amala çevrilib. General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran zaman bildirib ki, Ordu sıralarına daxil olan gənclərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur, məşğələlərdə peşəkar hərbi qulluqçu kimi yetişir və növbəti xidmət yerlərində uğurlu döyüş növbətçiliyinin təşkilində fəal iştirak edirlər. İnanırıq ki, gənc əsgərlərimiz məşğələlərdə qazandıqlarını növbəti xidmət yerlərində keçiriləcək təlimlərdə daha da təkmilləşdirərək Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.
Çıxışların ardından gənc əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












