Müharibədən qayıdan keçmiş məhbus kəndə MEYDAN OXUDU və... qadını öldürdü

Rusiyanın Kirov vilayətinin Novıy Burets kəndində Vaqner özəl hərbi şirlətinin tərkibində Ukrayna ilə müharibədə iştirak etdikdən sonra əfv edilmiş keçmiş məhbus İvan Rossomaxin bir nəfəri öldürüb.
Kişi hələ 2020-ci ildə qətlə görə 14 il həbs cəzasına məhkum edilib. 2019-cu ildə onu öz ərazisindən uzaqlaşdırmağa çalışan həmkəndlisini öldürüb. Onu döyüb və boğub, sonra bədbəxt hadisə kimi səhnələşdirmək üçün meyiti hamama köçürüb, üzünü dırmıqın üstünə qoyub.
Bir ay sonra o, Vyatskie polyanı şəhərində yoldan keçən birini qarət edib. Sonda o, qətl və quldurluqda təqsirli bilinib. Lakin o, həbs müddətini tam başa vurmayıb və muzdlu kimi ukraynalılara qarşı döyüşə gedib və buna görə sonradan əfv olunub.
Bu il martın 21-də doğma kəndinə qayıdıb, “həyatlarını təhlükə altına alan həmkəndlilərini qorxu içində saxlamağa” başlayıb. Bir dəfə sərxoş olub, əlində çəngəl və balta ilə kəndi gəzərək qışqırıb: “Hamını öldürəcəyəm, bütün ailəni kəsəcəyəm”.
Rossomaxin hədə-qorxu ilə yanaşı, iki maşının şüşələrini də balta ilə sındırıb. Yerli rayon polis zabitinin sözlərinə görə, martın 22-də həmin şəxs saxlanılıb, ertəsi gün isə xırda xuliqanlıq etdiyinə görə 5 sutka həbs edilib.
Daxili İşlər Nazirliyinin rayon şöbəsinin rəisi Vadim Varankin yerli əhaliyə martın 28-də keçmiş məhbusun yenidən döyüşə göndəriləcəyinə söz versə də, bu baş verməyib. Məlum olub ki, Rossomaxin bu dəfə qadının qətlində şübhəli bilinərək saxlanılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












