Narkotacirlərin əsiri olan azərbaycanlı tələbəyə ağır işgəncələr verildi - FOTO

Türkiyədə azərbaycanlı tələbənin də üzvü olduğu narkotacir şəbəkəsi ifşa edilib.
Narkotacir şəbəkəsinin üzvü olan azərbaycanlı tələbə 24 yaşlı A.S.K Zonquldaq Bülent Ecevit univeristeti yaxınlığında silahı itə tuşlayıb. Bunu görənlər universitetin mühafizə xidmətinə məlumat veriblər. Mühafizəçilərin gəldiyini görən A.S.K qaçıb. Qaçarkən silahı əlindən düşüb.
Polis əməkdaşları həmin silahı götürüb və A.S.K-nın axtarışlarına başlayıblar. Azərbaycanlı tələbə üçün dəhşət də bundan sonra başlayır. Belə ki, üzvü olduğu narkotacir şəbəkəsi onu bir evə apararaq olmazın işgəncələr veriblər. Məlumata görə, o burada cinsi istismar edilib və digər işgəncələrə məruz qalıb. Cinayətkar dəstə üzvləri həmin anların görüntüləri ilə A.S.K-nın ailəsindən 500 min lirə (təxminən 43 min 600 manat) məbləğində pul istəyiblər. (lent.az)

Cinayətkar dəstədən xilas olan A.S.K polisə gedərək başına gələnləri və dəstənin fəaliyyətini açıqlayıb. Həmçinin tələbə əvvəllər dəstə tərəfindən hədələndiyi üçün polisə gələ bilməməsini bildirib.
Tələbənin etiraflarından sonra polis əməkdaşları kənardan şəhərə narkotik maddələr gətirən və tələbələri kuryerliyə cəlb etdikləri deyilən dəstə üzvlərinə qarşı əməliyyat keçirib. Nəticədə dəstənin rəhbərləri Ayxan. K. və oğlu Səməd. K., həmçinin daha 6 üzv saxlanılıb.

Polis idarəsində ifadələri alınan A.S.K və 8 dəstə üzvü narkotik ticarəti, qanunsuz azadlıqdan məhrum etmə, soyğunçuluq, şantaj, quldurluq, hədələmək, işgəncə, qanunsuz silah saxlamaq və avtomobil oğurluğu kimi ittihamlarla barələrində cinayət işi başladılıb. İşgəncələr səbəbilə A.S.K.-nın üzündə qançırlar olduğu, qoluna gips vurulduğu müəyyən edilib.
Araşdırmalar edilib.
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay
Sarayda müəllim şagirdi vurub? – AÇIQLAMA - FOTO
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb - VİDEO
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü
İsti hava 101 nəfərin ölümünə səbəb oldu
Yanan elektromobili söndürənlərin də həyatı risk altındadır - VİDEO
Yumaq üçün təhvil aldığı maşından qızıl oğurladı; saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO











