Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olundu - FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a bildirilib ki, Rüfət Cəfərov idarə etdiyi “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün yol-patrul xidməti əməkdaşları saxlayıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etməsi müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən R.Cəfərov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rüfət Cəfərov inzibati qaydada həbs edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













