Narkotik ittihamı ilə tutulan şəxsə bəraət verilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Tofiq Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov müdafiə etdiyi şəxsin verilmiş ittihamla əlaqəsi olmadığını bildirib. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib. Prosesdə hökm oxunub. Hökmdə təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi elan olunub. Tofiq Qurbanov bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, Tofiq Qurbanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












