Narkotik satmağa görə 6 il həbs cəzası alan şəxsə bəraət verildi

Külli miqdarda narkotik satışında təqsirli bilinərək həbs edilmiş İlqar Kərimov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ittiham olunan şəxsin vəkili Vüqar Babayev çıxış edərək müvəkkilinə qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib.
Vüqar Babayev çıxışında təqsirləndirilən şəxsin ittihamda göstərilən əməllərdən xəbərsiz olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Uzun müddət davam edən araşdırmanın sonunda birinci instansiya məhkəməsinin hökmünün əsassız olduğu qənaətinə gəlinib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti şikayəti əsaslı hesab edib. Qərara əsasən, İlqar Kərimova bəraət verilərək, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, Kərimov İlqar Mədət oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 il həbs cəzası verilib. (apa)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












