Narkotikin təsiri altında “VAZ-2106” sürən şəxs sürücülük hüququndan məhrum edildi - FOTO

Narkotikin təsiri altında sükan arxasına keçən şəxs sürücülük hüququndan məhrum edilib.
Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini E.Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, E.Ağayevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.Sözügedən inzibati xətanı il ərzində təkrar törətdiyi üçün məhkəmənin qərarı ilə E.Ağayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












