Naxçıvanda dövlət mülkünə ziyan vurulub - FOTO

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan suvarma şəbəkəsinə zərər vurulub.
Avtosfer.az xəbər verir ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yerləşən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan 810 hektar qapalı suvarma şəbəkəsinə mart ayının 29-da idarə əməkdaşları tərəfindən baxış keçirilərkən, ümumi dəyəri 627 manat olan 2 ədəd DN100/PN16 siyirtmənin və 4 metr uzunluğunda DN100/PN16 olan plastik boru birləşmələrinin naməlum şəxs və ya şəxslər tərəfindən yandırılaraq tam yararsız hala salındığı aşkar olunub.
Bununla əlaqədar tərtib olunmuş sənədləri mövcud qanunvericiliyə uyğun baxılıb, günahkarların cəzalandırılması və dövlət büdcəsinə dəymiş ziyanların bərpa etdirilməsi üçün, Kəngərli Rayon Prokurorluğuna və Polis Şöbəsinə təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













