Naxçıvanda ƏMƏLİYYAT: evdən görün nələr tapıldı - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah aşkar ediblər.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər. Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsindəki yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 18960 ədəd siqaret və 91 ədəd spirtli içki aşkar edilib.
Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO















