Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? - Rəsmi CAVAB - VİDEO

Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun olmaması narazılıqlara səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, kəndin bir qrup sakini bu məqsədlə aksiya keçirərək iki ildir kənddə içməli suyun olmadığını, suyu qonşu kəndlərdən əllə daşıdıqlarını bildiriblər. Bunun əkinçilik və maldarlığa ciddi ziyan vurduğunu qeyd ediblər.
Vətəndaşlar Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin müdiri Rüstəm Rüstəmova qarşı da ittihamlar səsləndiriblər. Sakinlərin iddiasına görə, şöbə müdiri onların qarşısını kəsmək üçün əraziyə traktorlar göndərib.
Yaranmış problem və ittihamlarla əlaqədar Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, etiraz edənlərin qarşısına traktor çıxarılmayıb, sadəcə sakinlər orada olan traktorun qarşısını kəsiblər: “Məsələ araşdırılıb. Ərazidə texnikalarımız var idi, 2025-ci ilin sentyabr ayından orada iş gedirdi. Vətəndaşlar da texnikaların qarşısını kəsiblər. Həmin vaxt bizim əməkdaşımız da ərazidə olduğuna görə yanlış anlaşılma yaranıb”.
İdarədən bildirilib ki, 2025-ci ildə Naxçıvan MR ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb: “Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində 4 saat, Cəhri qəsəbəsi üçün üç gündən bir 4 saat müddətdə verilir. Məlumat üçün bildirək ki, təxminən 1000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil.
Payız kənd sakinləri tərəfindən daxil olmuş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb. Qeyd edirik ki, hazırkı şəraitdə mövcud su mənbələri üzrə aparılan bölgü yalnız əhalinin minimum tələbatının ödənilməsinə yönəlib və digər yaşayış məntəqələrinin su təchizatının məhdudlaşdırılması hazırda mümkün hesab edilmir”.
İdarədən, həmçinin qeyd olunub ki, ötən ilin sentyabr ayından başlayaraq su təminatını yaxşılaşdırmaq məqsədilə hər iki yaşayış məntəqəsinin su mənbəyi eyni olan Cəhriçayın üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Mövcud kaptajlardan yaşayış məntəqələrinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz edilməsi və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb: “Vətəndaşların suyun verildiyi kaptajlara və xətlərə özbaşına müdaxiləsi nəticəsində su şəbəkəsinə zərər dəyməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində kənd ərazilərində temperaturun aşağı düşməsi səbəbindən bu cür müdaxilələr su xətlərində donmaların baş verməsinə gətirib çıxarır. Qeyd olunan hallar tərəfimizdən daimi nəzarətdə saxlanılır və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bununla yanaşı, mövcud su qıtlığı şəraitində vətəndaşların su təchizatı ilə bağlı narazılıqlarına tez-tez rast gəlinir. Daxil olan şikayətlər tərəfimizdən araşdırılır, vətəndaşların müraciətlərinə yerində baxılır, məsələlərin imkan daxilində ən qısa müddətdə həll olunması təmin edilir və əhalinin minimum su tələbatının ödənilməsi əsas prioritet kimi diqqətdə saxlanılır”.
Rəsmi açıqlamada əlavə edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı hazırda layihələndirmə işləri davam edir. Layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək.
Yumaq üçün təhvil aldığı maşından qızıl oğurladı; saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO
Binədə yol nişanı aşırıldı; qurum hərəkətə keçdi - FOTO
Laçında çayda batan “Niva” belə çıxarıldı - VİDEO
“Zebra” olmayan yerdə yolu keçən şəxsi maşın vurdu; qalxıb sürücüyə hücum etdi - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Analarının öldürülməsini azyaşlı övladları qonşulara xəbər verdilər - VİDEO - YENİLƏNİB
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı










