Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu bu gün həbs xəbəri yayılan Naxçıvanın maliyyə naziri Rəfael Əliyevə hansı cəzanın verilə biləcəyi ilə bağlıdır.
Belə ki, Naxçıvanın maliyyə naziri Rafael Əliyev Cianyət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Maraqlıdır, görəsən, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən maliyyə nazirini neçə il həbs cəzası gözləyir?
Məsələ ilə bağlı Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən təqsirkar etibar edilmiş özgə əmlakını talamaqla bağlı cinayət törədib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 179-cu maddəsinin 4-cü hissəsinə əsasən 500 min manatdan yuxarı nəzərdə tutulan əmlakı mənimsəyən və ya israf edən şəxs 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər:
“Həmçinin, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetmə məsələsində görünür ki, 179-cu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş əməli törədən şəxs zərərçəkmiş şəxslə barışıbsa, dəymiş ziyanı tamnamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın 50% miqdarında dövlət büdcəsinə ödəniş edibsə, cinayət məsuliyyətindən azad edilə bilər”.
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu










