Dağıntılar altından bir nəfər çıxarıldı - RƏSMİ - VİDEO - YENİLƏNİB

Hadisə 24 Aprel 2023 21:15 Oxunub 530
Dağıntılar altından bir nəfər çıxarıldı - RƏSMİ   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğundan bildirilib ki, prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.

***

Biləsuvarda partlayış baş verən binada dağıntılar altından çıxanların şəxsiyyəti məlum olub.

Onlar Yusif Fərqan oğlu Əliyev və Günay Cəfər qızı Əliyevadır. (apa)

***

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib. 

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub. 

Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib.

Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh