Nazirliyin qaziyə verdiyi avadanlıqlar mənimsənilib -İDDİA

Vətən müharibəsi iştirakçısı Ceyhun Fərəcli tanışı tərəfindən aldadıldığını iddia edir. O bildirir ki, mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi proqramı çərçivəsində ona avtoyuma avadanlıqları verilib. O, tanışı ilə birlikdə avtoyuma məntəqəsi açmaq qərarına gəlib. Ona görə də həmin avadanlıqları tanışı aparıb və o vaxtan sonra onunla əlaqə kəsilib.
Avtosfer.az-ın məlumatına görə, Binəqədi rayonunda yaşayan Ceyhun Fərəcli deyir ki, həmin şəxslə məclislərin birində tanış olub. Ona Qaradağ rayonunda yaşadığını, avtoyuma məntəqəsini də elə Qaradağda açacağını deyib. Ceyhun Fərəclinin sözlərinə görə, rayon polisi də məsələdən məlumatlıdır. Zərərçəkmiş indi polisin bu məsələni araşdırmasını, həmin şəxsdən avadanlıqlarının alınmasını istəyir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, hazırda fakt Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində araşdırılır. Araşdırmanın nəticəsi ilə bağlı vətəndaşa məlumat veriləcək.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












