Ödəmə terminalından oğurluq edən keçmiş məhkum saxlanıldı - FOTO

Şirvanda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov paytaxt ərazisində saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs mağazaya qanunsuz daxil olaraq orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisində olan 5694 manat pulu gizli yolla talayıb. Bundan sonra isə, o, izini itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












