Oğruladığı maşınla qəza törətdi, ön şüşəsini deşib çölə çıxdı - ANBAAN VİDEO

Anlıq idarə itirməylə avtomobil öncə yolda fırlandı, sonra böyrü üstə dayandı.
Avtosfer.az xəbər verir ki, film kimi olay Amerikanın Missuri ştatında baş verib. Kameraya düşən görüntüdən aydın olduğu kimi polis təqibindən qaçan sürücü yüksək sürətlə yolu dönməyə çalışarkən avtomobilin idarəsini buraxır. Nəticədə yol boyunca 360 dərəcə durmadan fırlanan maşın kənara çıxaraq dayanır. Tamamilə yarasız hala düşən avtomobili izləyən polislər hadisə yerinə çatsalar da, sürücü və yanındakı şəxs çilik-çilik olmuş ön şüşəni deşərək hadisə yerindən qaçmağa cəhd edirlər. Yüngül xəsarətlər alan qəza səbəbkarları çox məsafə qət edə bilmədən polisə yaxalanırlar.
Faktla bağlı araşdırma zamanı sürücü və yanındakı köməkçisinin oğru olduğu və uzun müddət axtarıldığı müəyyənləşib. Həmçinin qəza törətdikləri avtomobilin də onlara məxsus olmadığı qeydə alınıb.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












