Olimpiya mükafatçısı narkotik satdığı üçün tutuldu - FOTO

Hindistan polisi 58 yaşlı sovet üzgüçüsü, 1980-ci il Olimpiadasının gümüş mükafatçısı Svetlana Varqanovanı həbs edib. O, narkotik satmaqda ittiham olunur.
Üç nəfər, o cümlədən sovet idmançısı Qoada narkotiklərə nəzarət bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Qrup əcnəbilərə narkotik maddələr satmaqda ittiham olunur. Bu işdə Varqanovadan başqa daha bir rusiyalı - adı açıqlanmayan keçmiş polis ittiham olunur.

Polis saxlanılan şəxslərdən narkotik maddələr və müxtəlif valyutalarda satışdan əldə edilən pulları müsadirə edib. Hindistan hüquq-mühafizə orqanlarının əməkdaşları iki həftədir ki, cinayətkarları axtarırdılar.
Svetlana Varqanova - SSRİ-nin əməkdar idman ustası. 1980-ci il Olimpiadasından əlavə olaraq, 1982-ci ildə Dünya Üzgüçülük Çempionatında iştirak edib və burada 200 metr məsafəyə brass üsulu ilə üzmə üzrə çempion olub. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












