On ton kokainin ələ keçirildiyi gəmi ilə bağlı istintaqda yeni saxlanılanlar var

Atlantik okeanında ticarət gəmisinə keçirilən əməliyyat zamanı təxminən 10 ton kokain növündə narkotik maddənin aşkarlanması ilə bağlı aparılan istintaq çərçivəsində yeni saxlanılmaların olduğu bildirilir. Avtosfer.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə daha 5 nəfər saxlanılıb. Bununla da iş üzrə saxlanılanların ümumi sayı 12-yə yüksəlib.
Xatırladaq ki, daha əvvəl İspaniyanın Kanar adaları yaxınlığında 10 ton kokain müsadirə edilən gəmi ilə əlaqədar Türkiyənin 6 vilayətində keçirilən paralel əməliyyatlar zamanı 7 şübhəli saxlanılmışdı. Həmçinin 3 nəfər barəsində axtarış və "qırmızı bülleten" verilməsi üçün prosedurlara başlanıldığı açıqlanmışdı.
İstanbul Respublika Baş Prokurorluğu bildirmişdi ki, gəminin ekipaj üzvlərindən Kubilay Yalçın, Ali Osman Amanet, Remzi Karakaya və Atanur Ateş hazırda İspaniyada həbsdədir. Eyni zamanda şübhəlilər Çetin Gören, Ahmad Almassri və "United Shipping Gemi Acentalığı Sənaye və Ticarət" MMC-yə (Kamer Shipping) məxsus daşınar və daşınmaz əmlaklara, şirkət paylarına, bank hesablarına və kriptovalyuta aktivlərinə həbs qoyulub. Bu qərar növbətçi məhkəmə tərəfindən də təsdiqlənib.
Jurnalist Burak Doğan sosial şəbəkə paylaşımında istintaqın genişləndirildiyini və son əməliyyat nəticəsində daha 5 nəfərin saxlanıldığını iddia edib. Onun sözlərinə görə, əməliyyatlar gizlilik və ciddi nəzarət şəraitində davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












