Onlardan geriyə şəkillər qaldı...

4 gün öncə Astara rayonunun Ərçivan qəsəbəsində gənc ailənin üzvlərinin hamısının ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Cənublu.az saytı ailə üzvlərinin birgə fotosunu yayıb.
Şəkildə gördükləriniz - Şiyəkəran kənd sakini, 31 yaşlı Mirzəmməd Əliyev, onun həyat yoldaşı, Cəlilabad rayon sakini, 22 yaşlı Fərqanə Əliyeva və onların 3 yaşlı uşaqları Gülxanım Əliyevadır.
Qeyd edək ki, qəzaya düşən “BMW” markalı avtomobilin sürücüsü Mirzəmməd Əliyev həyat yoldaşı və 3 yaşlı övladı ilə birgə Bakıdan Astaraya gedibmiş. Paytaxtda çalışan gənc Şiyəkəran kəndində yaxınlarını gördükdən sonra həyat yoldaşı və qızı ilə birgə Astara şəhərinə parka gəzintiyə çıxmaq qərarına gəlib. Onun idarə etdiyi avtomobil Rusiyaya məxsus TIR-a çırpılıb. Nəticədə avtomobil alovlanıb və maşında çıxılmaz vəziyyətdə qalan 3 nəfər yanaraq ölüblər.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












