Övladlarının miras davasını gördü, pulunu əyləncəyə xərclədi

"Guiltygran" ləqəbli Reddit istifadəçisi mirasını övladlarına buraxmaq əvəzinə, xeyriyyəçilik və əyləncəyə xərcləyib.
Kişinin sözlərinə görə, uşaqlar külli miqdarda olan mirasa görə mübahisə etdiyi üçün bu addımı atıb və bu, onu ciddi şəkildə əsəbləşdirib. İstifadəçilərin əksəriyyəti yazı müəllifinin qərarını dəstəkləyib.
"63 yaşım var. Mən maddi cəhətdən daha yaxşı vaxtlardan istifadə etdim və kifayət qədər pul yığa bildim, yaxşı pensiya aldım və övladlarıma yaxşı miras qoyub getdim. Lakin onların son illərdəki davranışları mənim ürəyimi parçaladı", - istifadəçi paylaşımında yazıb. Kişi əlavə edib ki, dörd övladı var: üç oğlu və bir qızı.
Bu yaxınlarda kişi səhhətindəki problemlərə görə ömrünün çox qalmadığını öyrənib. Bundan sonra övladları bir-biri ilə mübahisə etməyə başlayıblar, çünki hər biri mirasdan daha çox qoparmaq istəyib. "Əvvəlcə tez-tez şifahi müzakirələr oldu, sonra hüquqi döyüşlərə çevrildi. Mən xəstəxanada olarkən qızım miras payını almaq üçün qardaşlarının imzalarını saxtalaşdıranda son nöqtə oldu. İndi onların heç biri bir-birinin gözünün içinə baxa, danışa bilmir. Onlar yalnız vəkillər vasitəsilə ünsiyyət qururlar", - deyə yazı müəllifi qeyd edib.
Bundan əsəbiləşən kişi, bu yolla uşaqların mübahisə etmək üçün əsası olmayacağına qərar verərək, bütün əmanətlərini xərcləmək qərarına gəlib. "Xeyriyyəçilik etdim, həyat yoldaşıma kosmetika aldım, onunla tətilə getdim, bahalı otellərdə qaldım, nəvələrimə bahalı hədiyyələr verdim. Nəhəng bir televizor aldıq, dəfnimin pulunu ödədik, gözəl viski daddıq", - kişi deyib. O əlavə edib ki, sonda bütün əmanətlərin təxminən 30 faizi qalıb.
Uşaqlar atalarının pulu sovurduğunu biləndə onu eqoizmdə ittiham ediblər. Yazı müəllifinin qızı bu yolla təkcə övladlarını deyil, öz nəvələrini də mirasdan məhrum etdiyini bildirib. "Bu, məni düşündürdü ki, nəvələrim valideynlərinin günahlarına görə cəzalandırılmamalıdır. Ola bilsin ki, mən əvvəllər bunu başa düşmək üçün çox özbaşına idim", - o etiraf edib. (milli.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












