Patrul maşınında 102 kilo narkotik daşıyan polis TUTULDU

Yunanıstan polisi patrul avtomobilində 102 kq marixuana daşıyarkən saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, hadisə martın 15-də Albaniya sərhədi yaxınlığında yerləşən İqoumenitsa liman şəhərində baş verib. Həmin ərazi Yunanıstana külli miqdarda marixuana keçirilən yerdir.
Bu dəfə polis əməkdaşı narkotik alverində şübhəli bilinərək həbs edilib. O, qadağan olunmuş maddələrin daşınması üçün nişanı olmayan xidməti avtomobilindən istifadə edib. Axtarış nəticəsində avtomobildən 102 kiloqram marixuana aşkar edilib.
Məlum olub ki, polis əməkdaşı həmkarlarının dayanmaq əmrinə məhəl qoymayıb və avtomobilə idarəetməni itirərək dayanmış avtomobillərə çırpıldıqdan sonra saxlanılıb.
Bundan əlavə, saxlanılan şəxsin ortağı da həbs edilib. O, hadisə zamanı şəhərdən 20 km aralıda yerləşən kafedə olub. Hər iki şübhəli narkotik saxlamaqda ittiham olunub.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












