Piyada çarəsiz halda vicdansız sürücünün “əməlini” işıqlandırdı - ANBAAN VİDEO

İti vurdu, heyvana yardım edib insanlıq borcunu yerinə yetirmək əvəzinə ərazidən uzaqlaşdı.
Avtosfer.az xəbər verir ki, bədbəxt hadisə 3 gün əvvəl Türkiyənin Samsun əyalətində qeydə alınıb. Olaya şahid olan piyadanın üzülərək lentə aldığı videodan aydın olduğu kimi yolu keçərkən heyvanı qəsdən vuran “sürücü” hadisə yerindən uzaqlaşıb. Fırlanaraq yolun əks istiqamətinə dönən vicdansız əməl sahibi bir canlını qəsdən vurduğunu gözardı edib. Əksinə etdiyi insanlıqdan kənar hərəkəti artıqlaması ilə nümayiş etdirən “sürücü” avtomobilinin ön hissəsinə baxaraq əzilib-əzilmədiyini gözdən keçirib. Arxa fonda danışaraq olayı çəkən piyada baş verən hadisəni anbaan gördüyünü və bir insanlıq borcunu yerinə yetirərək işıqlandırdığını qeyd edib.
Təəssüf hissi ilə qeyd edək ki, Vurulan itə yardım etmək istəyən şəxslər onu xilas edə bilməyiblər. Piyada mövcud proseslə bağlı polisi məlumatlandırdığını və bu əməl sahibinə tez zamanda lazımi tədbir görülməsini dəfələrlə bildirdiyini vurğulayıb.
Mövzuyla bağlı ölkəmizdə də bu cür xoşagəlməz halların olduğunu nəzərə alaraq çox zaman bu əməli törədən şəxslərin lazımi şəkildə cəzalandırılmamasının şahidi oluruq. Heyvana əşya kimi yanaşaraq, etdiyi əməli normal qarşılayan “sürücü”lər hadisə yerindən uzaqlaşmaq yolunu seçirlər. Lakin kor olmağı, yaxud günahı şüursuz heyvanların üzərinə atmağı seçən həmin şəxslərə bildirək ki, qanunla müəyyən edilmiş halda törətdikləri əmələ görə 500 manat cərimə ödəməlidirlər.
Nərmin Əkbər
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












