Polis dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıb

Fransa polisi Parisin Monparnas vağzalında odlu silahdan istifadə edərək bıçaqlı şəxsi yaralayıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Paris prokurorluğu məlumat yayıb. Məlumata görə, polis əməkdaşı intiharla hədələyən şəxsə qarşı silahdan istifadə etməyə məcbur olub. "Bir şəxs Parisətrafı qəsəbələrdən birində həyat yoldaşını və uşaqlarını hədələyib, daha sonra Monparnas qatarına minib. Polis onu saxladıqda kişi intihar edəcəyi ilə hədələyib. Polis onu ayağından yaralayıb", - məlumatda bildirilib. Prokurorluq cəmi bir dəfə atəş açıldığını iddia etsə də, şahidlər bir neçə atəş səsi eşitdiklərini bildiriblər
***
Paris polisi Monparnas dəmir yolu vağzalında əməliyyat keçirir. Bu barədə "Reuters" agentliyi məlumat verir. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları təcili olaraq bütün sərnişinləri təxliyə edir. Əməliyyat və təxliyənin səbəbləri hələlik açıqlanmayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












