Polis generalı əməliyyatda yaralandı

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn ötən gün iki silahlı şəxs tərəfindən ələ keçirilən gül dükanında girovların azad edilməsi zamanı yüksək rütbəli polisin yaralanması ilə bağlı xəbərləri dolayısı ilə təsdiqləyib.
Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Sergey Kuzminin qolundan güllə yarası alması barədə iddialar dolaşırdı.
Deputat Xinşteyn bu barədə öz Telegram kanalında yazır: “Niyə general Kuzmin cinayətkarların tutulmasında şəxsən iştirak edib. General Kuzminin yaralanmasına, indi kim cavabdeh olacaq?”.
Qeyd edək ki, fevralın 17-də axşam saatlarında Moskvanın Taqanka rayonunda iki silahlı gül mağazasına girərək işçini girov götürüb. Bu barədə satıcılardan biri polisə məlumat verib. Şikayətçinin sözlərinə görə, həmin şəxslər silahla hədələyərək kassadan pul vermələrini tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra hücum edən şəxslər saxlanılıb, girov buraxılıb. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












