Polis pula görə qardaşlarını, anasını və gəlinlərini öldürdü - ŞOK OLAY - FOTO

Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Hadisə Bursa şəhərində baş verib. Məlumata əsasən, Bingöl şəhərində polis işləyən Adem Ergünər ev almaq üçün avtomobilini satıb və böyük qardaşı Mehmet Ergünerə 175 min lirə verib. Lakin üstündən 1.5 il keçsə də, evi təhvil almayıb.
Qardaşların arasındakı məsələ getdikcə böyüyüb. A. Egüner arvadı və 2 uşağını da götürüb Bursaya yollanıb. Yolüstü ailəsini Eskişehirdə qoyub və Bursaya tək gedib. Burada o, qardaşı ilə görüşərək məsələni kənarda davam etməyi tələb edib. Beləliklə, Mehmet Ergüner, böyük qardaşları Remzi Ergüner, anaları Bedriye Ergüner və Remzinin arvadı Fatma ilə birlikdə evdən kənarda görüşüblər.

Bu zaman Mehmet Ergüner qardaşından aldığı 175 min lirəni faizi ilə birrgə 275 min lirə olaraq qaytaracağını bildirib. Lakin Adem avtomobilinin hazırda 600 min lirə olduğunu deyərək əsəbiləşib. Mübahisə get-gedə daha da kəskinləşib. Nəticədə Adem Ergüner odlu silahla əvvəlcə qardaşını vurub. Araya girərək, onları ayrımaq istəyən anası Bedriyeni, böyük qardaşı Remzini və onun arvadı Fatmanı da vurub. Daha sonra Adem hadisə yerindən qaçıb.

Cinayəti törədən polis əməkdaşı saxlanılsa da, güllələdiyi 4 nəfər də həlak olub. Araşdırma aparılır. (lent.az)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












