Polis tanınmış müğənnini maşınına saxta diplomatik stiker vurduğuna görə saxladı – FOTO+VİDEO

ABŞ-də “Sessi” təxəllüsü ilə tanınan 32 yaşlı müğənni Sesiliya Selinanın idarə etdiyi “Audi Q5” markalı avtomobil polis tərəfindən saxlanılıb.
Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, buna səbəb Merkadonun özünü toxunulmazlıq hüququna malik olan səfir kimi təqdim etməsi olub.

Onun saxlanılmasını əks etdirən videoda Merkadonun sükan arxasında olduğu və məmurlara maşının Dövlət Departamentində qeydiyyatda olduğunu dediyi görünür.
Polislə mübahisəyə başlayan müğənni zorla maşından çıxarıldıqdan sonra həbs edilib. Onun sürücülük vəsiqəsi olsa da, sənəd kimi polislərə pasportunu təqdim edib.
“Ətraflı yoxlamalar nəticəsində nəqliyyat vasitəsinə vurulmuş diplomatik stikerin saxta olduğu müəyyən edilib və qadın sürücü buna görə saxlanılıb”.

Dövlət Departamentinin xüsusi əməkdaşı təsdiqləyib ki, “Audi” avtomobilindəki nömrə etibarlı diplomat etiketi deyil: “Çünki diplomat etiketində rəqəmlərdən əlavə çoxlu hərflər var”.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












