Polisi bıçaqlayan tələbəyə HÖKM OXUNDU

Bakıda bıçaqlanma hadisəsi törətmiş Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, Şuşa sakini, 2002-ci il təvəllüdlü Orxan Quliyevə (ad-soyad şərtidir) hökm oxunub. APA TV xəbər verir ki, əldə etdiyi məlumata görə, 2021-ci ilin oktyabrın 2-si saat 21 radələrində Binəqədi rayonu, Fatmayı bağlar massivi ərazisində yerləşən “Bulud” kafesinin yaxınlığında polis serjantı Elvin Rəcəbova bıçaqla xəsarət yetirən gəncə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə yaşadığı yeri tərketməmə tapşırığı qoyulub. Qeyd edək ki, hadisə qeyd edilən kafedə Orxan Quliyevin dostunun hərbi xidmətə getməsi münasibətilə təşkil edilmiş məclis zamanı baş verib. Həmin vaxt Orxan kafedə Murad adlı şəxslə dalaşıb və mübahisə çöldə davam edib. Bu zaman xidmətdə olmayan və mülki formada olan Elvin adlı polis əməkdaşı həmin kafedəki məclisdə iştirak edən qardaşının arxasıyca gələrkən əlbəyaxa olan gəncləri görərək onları ayırmağa çalışıb. Nəticədə Orxan öz ictimai vəzifəsini yerinə yetirən şəxsə bıçaqla ağır xəsarət yetirib. Məhkəmədə polis əməkdaşı onu bıçaqlayan gəncdən şikayətçi olmadığını, Orxanı bağışladığını bildirib.
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO










