Polisin axtardığı qatil şou proqramına qatıldı

Fransada 30-a yaxın zorlama və qətl hadisəsi ilə əlaqəsi olan, polis tərəfindən “Acne Man” ləqəbi ilə tanınan serial qatil Fransua Verovenin 2019-cu ildə ölkənin məşhur yarışma proqramına qatıldığı məlum olub. Verove yarışmadan 2 il sonra tutulacağını anlayanda intihar edib.
Avtosfer.az Lent.az-a bildirir ki, ilk cinayətini 11 yaşında törədən Fransua Verove iştirak etdiyi “Tout le monde veut prendre sa place” oyun şousunda rahat davranışı ilə diqqət çəkir.
Polis tərəfindən axtarışda olarkən oyun şousuna qatılan serial qatil iki ildən sonra tutulacağını görüb məktub yazaraq intihar edib.

Verovenin həyat yoldaşı və iki uşağı ilə Fransanın cənubundakı La Grande-Motte qəsəbəsində yaşadığı, həmçinin yerli xalq tərəfindən sevilən bir insan olduğu da açıqlanıb. Verovenin yazdığı məktubda belə bir ifadə yer alıb: “Dözə bilmədiyim vaxtlar olub. Bir günahsız insanı məhv etmək, ləkələmək və öldürmək məcburiyyətində olmuşam”.
Fransua Verovenin 1994-cü ilə qədər ümumilikdə 31 zorlama və qətl hadisəsində iştirak etdiyi məlum olub.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












